“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, məhkəmə prosesindən sonra müttəhim Məmmədov Seymur Həmzə oğlu özünü doğrayıb.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı S.Məmmədova 14 il 6 ay iş istəyib. Məhkəmə salonundan çıxarılan zaman S.Məmmdov özünə qəsd edib.
S.Məmmədovun vəkili Nüşabə Ağayeva bildirib ki, təcili yardım maşını çağırmaq istəyiblər. Lakin ona S.Məmmədovun vəziyyətinin yaxşı olduğunu və təcili yardıma ehtiyac olmadığını söyləyiblər.
14 il 6 ay iş istənilən S.Məmmədovun Murad adlı qardaşı da xuliqanlıq əməli törətdiyindən prokuror ona da 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası istəyib.
S.Məmmədov qəsdən adam öldürməkdə ittiham olunur. Vəkil N.Ağayevanın sözlərinə görə, S.Məmmədov özünə qəsd etməsinin səbəbini belə izah edib: "Mən qardaşıma ağır cəza istənildiyinə görə özümü doğradım".
Son xəbərlər
Son Xəbərlər