Məhkum qadınların xalçaları- - Fotolar

mehkum-qadinlarin-xalcalari-
Oxunma sayı: 1285


“Qafqazinfo” Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saytına istinadən xəbər verir ki, xidmət tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mövcud imkanlar hesabına istehsal edilən məhsulların çeşidinin artırılması davam etdirilir.

Hazırda 4 saylı cəzaçəkmə müəssisəsində Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ, İrəvan xalçaçılıq məktəblərinə xas xalçalar toxunur, Azərbaycan xalça sənəti ənənələri qorunur və təbliğ olunur.