Tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumlar xidmət əməkdaşlarının müşaiyəti ilə müəssisənin hüdudlarından kənarda gəzintiyə çıxarılıblar.
“Qafqazinfo” xəbər verir ki, yeniyetmələr – Elman Cəlilov, Cavid Əhədli və Münasib Kərimov müəssisə əməkdaşlarının müşayiəti ilə gəzintidən əvvəl Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Daha sonra yeniyetmələr Miniatür Kitab Muzeyində, “Park Bulvar” istirahət və əyləncə mərkəzində olublar.




Son xəbərlər
Son Xəbərlər