Məhkumun elektron bilərziyini alıb pul tələb etdilər

mehkumun-elektron-bilerziyini-alib-pul-teleb-etdiler
Oxunma sayı: 1848

Bakıda məhkuma qarşı quldurluq edən keçmiş məhkum saxlanılıb.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 15-də Bakı şəhər sakini B.Zeynalov 2 nəfər tərəfindən döyülüb.

Ədliyyə Nazirliyi tərəfindən onun ayağına taxılmış bilərziyi alınaraq qaytarılması müqabilində pul tələb edilib. B.Zeynalov Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 234-cü (narkotik dövriyyəsi) maddələri ilə məhkum edilib.

Quldurluq əməlini törətməkdə şübhəli bilinən Şamaxı rayon sakinləri İ.Qaçayev və əvvəllər də soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Məmmədov müəyyən edilərək saxlanılıb.