Məhkumun hədiyyəsi necə müsadirə oluna bilər?

mehkumun-hediyyesi-nece-musadire-oluna-biler
Oxunma sayı: 739

Azərbaycanda məhkum tərəfindən hədiyyə verilən və ya bazar qiymətindən aşağı qiymətə satılan əmlakın müsadirə olunmasının yeni şərtləri təklif olunur. 

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı Cinayət Məcəlləsinin 99-1 (Xüsusi müsadirə) maddəsinin 3-cü bəndinə yeni cümlə əlavə edilməsi təklif edilir. 

Məcəllənin 99-1.1 hissəsibndə nəzərdə tutulan (Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır) “əmlak məhkum tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir” cümləsi əlavə edilir.  

Layihə səsə qoyularaq qəbul olunub.
 
 Günel Türksoy