Mehmandarov küçəsi açıldı - Fotolar

Mehmandarov küçəsi açıldı
Oxunma sayı: 1764

Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində aparılan təmir işləri yekunlaşıb. 

“Qafqazinfo” xəbər verir ki, asfaltlanma işləri ümumilikdə 65 min kv.m sahəni əhatə edib. Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib, hamarlayıcı qat asfalt-beton örtüyü döşənib.

Bundan başqa, aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də yenidən bərpa olunub, küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri bərpa olunaraq kənarlarına yeni səki daşları düzülüb.

 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi