Mehmandarovlar kompleksində bulaq istifadəyə verildi - Foto

mehmandarovlar-kompleksinde-bulaq-istifadeye-verildi
Oxunma sayı: 4530

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib. Bildirilib ki, malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus olmuş kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir.

“Qafqazinfo”nun məlumatına görə, bərpa işləri ilə tanışlıq zamanı Mehmandarovların malikanə kompleksinə daxil olan bulaq istifadəyə verilib. Qeyd olunub ki, bulağın damı əvvəlki vəziyyətinə gətirilib.

Qeyd olunub ki, təmir-bərpa işlərinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.