Mehmet Əli Ərbil "Muhteşem Yüzyıl" də

mehmet-eli-erbil-muhtesem-yuzyil-de
Oxunma sayı: 638

ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sultan Süleyman Qanuninin dönəmi təsvir edilən serialda aktyor Mehmet Əli Ərbil də oynayacaq. Tanınmış şoumen çəkilişlərə dəvət aldığını təsdiqləyib.

"Rejissor Timur Savcı mənə serialda oynamağı təklif etdi. Mən də öncə senarini görmək istədiyimi bildirdim. Tarixi bir serialda oynamaq qürurvericidir. Hazırda rolum və oynayacağım seriyanın senarisi yazılır. Bir problem çıxmasa, rolumun əla alınmasına çalışacam", deyə Mehmet Əli Ərbil qeyd edib.