Mehrəli Qasımov Ukrayna xalqını təbrik etdi

mehreli-qasimov-ukrayna-xalqini-tebrik-etdi
Oxunma sayı: 2065

Ukraynanın Azərbaycandakı fəxri konsulu Mehrəli Qasımov Ukraynanı və Ukrayna xalqını Dövlət Bayrağı Günü və Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir:

“Bu qədim və məğlubedilməz xalq zəngin tarixə malikdir. Ukrayna suveren və dirçələn Avropa ölkəsi kimi öz sözünü dünya miqyasında deyə bilir, deməkdə də davam edəcək. Mən buna əminəm.  Güclü iradəyə və gələcəyə böyük inamı olan insanlara sahib Ukrayna, bir gün ədalət bərqərar olacaq, bu daha gözəl gələcək üçün başlanğıcdır. 

Haqsız ilhaqa məruz qalan bu tarixi ölkə və millət Azərbaycan xalqı üçün də çox dəyərlidir.

Fəxri konsul olaraq, başda Ukrayna prezidenti Volodimir Zelenski olmaqla, Ukraynanın Azərbaycandakı hörmətli səfiri Vladislav Kanevski və bütün ukraynalıları bu əlamətdar gün münasibəti ilə təbrik edir, hər iki xalqı birləşdirən, uzun illərə söykənən dostluq və qarşılıqlı münasibətlər fonunda əməkdaşlığımızın davamlı olmasını diləyirəm.

Ukrayna Fəxri Konsulluğu Ukrayna və ukraynalıların hər an və hər məqamında onlarla birgə addımlamaqdan qürur duyur!”