Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadəyə vəzifə verilib.
“Qafqazinfo” xəbər verir ki, o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, 2012-ci ildən bu vəzifədə Əməkdar incəsənət xadimi Bəhram Osmanov idi. Teatrın Mətbuat xidmətindən saytımıza verilən məlumata görə, o, iki ay əvvəl öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Son xəbərlər
Son Xəbərlər