Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

mehriban-eliyeva-azerbaycan-xalqini-tebrik-etdi
Oxunma sayı: 1454

Birinci vitse-prezident Mehriban Əliyeva 28 May-Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. 

"Qafqazinfo" xəbər verir ki, Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində paylaşdığı təbrik mesajında deyilir: 

"Əziz həmvətənlər!

Sizi 28 May – Respublika Günü münasibətilə təbrik edirəm, hər birinizə ən xoş arzularımı çatdırıram!

Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!

Vətən uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm. Sizin hər birinizə möhkəm cansağlığı, səadət, xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!".