Mehriban Əliyeva ISESCO-nun rəhbəri ilə görüşdü

mehriban-eliyeva-isesco-nun-rehberi-ile-gorusdu
Oxunma sayı: 834

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva baş direktor Əbdüləziz Osman əl-Tuveycrini yenidən Bakıda görməkdən məmnun olduğunu bildirərək, Azərbaycan ilə təşkilat arasında sıx əməkdaşlığın mövcudluğunu qeyd edib.

M. Əliyeva IV Qlobal Bakı Forumu çərçivəsində aparılacaq müzakirələrin dünyanı narahat edən bir çox məsələlərin həllinə töhfə verəcəyinə əminliyini bildirib, ölkəmizin dostlar üçün hər zaman açıq olduğunu vurğulayıb.