Mehriban Əliyeva Roma Papasına məktub göndərib

mehriban-eliyeva-roma-papasina-mektub-gonderib
Oxunma sayı: 712

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransiskə Tacqoyma Gününün ildönümü münasibətilə təbrik məktubu göndərib.

“Qafqazinfo” xəbər verir ki, məktubda Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olması vurğulanır, ikitərəfli əməkdaşlığın dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə, ümumdünya mədəni irsinin qorunmasına gələcəkdə də böyük töhfələr verəcəyinə ümid ifadə edilir.