Mehriban Əliyeva şagirdləri və tələbələri təbrik etdi - Foto

Mehriban Əliyeva şagirdləri və tələbələri təbrik etdi
Oxunma sayı: 2611

Birinci vitse-prezident Mehriban Əliyeva 15 sentyabr –Bilik Günü münasibətilə şagird və tələbələri, müəllimləri, valideynləri təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, birinci xanımın təbriki rəsmi İnstaqram səhifəsində paylaşılıb: 

"Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər.

Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.

Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.

Əziz dostlar, Bilik Gününüz mübarək!

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi