Mehriban Əliyeva Sarkozi ilə görüşdü

mehriban-eliyeva-sarkozi-ile-gorusdu
Oxunma sayı: 2071

Birinci vitse-prezident Mehriban Əliyeva martın 12-də Parisdə Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərindən məmnunluq ifadə olunub. Bu səfərin Fransa-Azərbaycan əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.