"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova mərasimdə iştirak ediblər.
Birinci xanım Mehriban Əliyeva “Sülh ağacı”nın rəmzi açılışını bildirən lenti kəsib.
Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova və “Sülh ağacı”nın müəllifi, UNESCO-nun dünya rəssamı Xedva Ser mərasimdə çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
Son xəbərlər
Son Xəbərlər