Mehriban Əliyevadan Əminə Ərdoğanla bağlı paylaşım

mehriban-eliyevadan-emine-erdoganla-bagli-paylasim
Oxunma sayı: 2936

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğanla bağlı instaqram hesabında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda “Əziz bacım Əminə Ərdoğanı Bakıda görməyimə şadam! Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır. Bizim birliyimiz, bizim gücümüz məhz bundadır! Uca Tanrı xalqlarımızı qorusun!”, sözləri yazılıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə 12-13 iyunda Azərbaycanda səfərdə olub.