Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Paris Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən sərbəst güləşçimiz Maqomedxan Maqomedovla bağlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedovu bürünc medal qazanması münasibətilə təbrik edirəm! İdmançımıza yeni qələbələr və nailiyyətlər arzulayıram!”