Mehriban Əliyevadan Gürcüstana təşəkkür

mehriban-eliyevadan-gurcustana-tesekkur
Oxunma sayı: 2002

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gürcüstana təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, Mehriban Əliyeva instaqram səhifəsindəki paylaşımında qeyd edib: “Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!”

Qeyd edək ki, aprelin 16-da Gürcüstanın paytaxtı Tbilisi şəhərinin ən hündür parkında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Teleqüllənin işıqlandırılması koronavirusla mübarizədə həmrəylik mesajı məqsədi daşıyıb.

Xatırladaq ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 14-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstan Respublikasının bayrağı videoproyeksiya olunmuşdu.