Mehriban Əliyevadan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü ilə bağlı paylaşım

mehriban-eliyevadan-qosulmama-herekatinin-xviii-zirve-gorusu-ile-bagli-paylasim
Oxunma sayı: 1896

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü ilə bağlı paylaşım edib.

"Qafqazinfo" xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir: 

“Gələn üç il ərzində ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək və mən əminəm ki, bu illər ərzində öz fəaliyyətini məhz bu prinsiplər - əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı hörmət, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək şəklində həyata keçirəcək”.