Mehriban Əliyevadan təbrik

mehriban-eliyevadan-tebrik
Oxunma sayı: 2713

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 iyun – Milli Qurtuluş Günü münasibətilə özünün “Instagram” səhifəsində paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Sizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!"