Mehriban Əliyevadan Türkiyədəki faciə ilə bağlı paylaşım - Foto

mehriban-eliyevadan-turkiyedeki-facie-ile-bagli-paylasim
Oxunma sayı: 2523

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, birinci xanımın paylaşımında qeyd olunub:

“Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”