Mehriban Əliyevadan Zərifə Əliyeva ilə bağlı paylaşım

mehriban-eliyevadan-zerife-eliyeva-ile-bagli-paylasim
Oxunma sayı: 2583

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında görkəmli oftalmoloq-alim Zərifə Əliyeva ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün Zərifə Əliyevanın anadan olmasının 100 illiyi tamam olur. Bu xeyirxah, mehriban, səmimi İnsanı tanıyan hər kəs kimi, mən də onun nurlu simasını yaddaşımda qoruyub saxlayıram!”