Mehriban Əliyevaya həsr edilən kitabın təqdimatı olundu - Video

mehriban-eliyevaya-hesr-edilen-kitabin-teqdimati-olundu
Oxunma sayı: 3051

Atatürk mərkəzində siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin “Humanizmin Azərbaycan simvolu” kitabının təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən professor V. Abdullayev bildirib ki, şübhəsiz ki, Mehriban Əliyevanın birinci vitse-prezident olaraq ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəaliyyəti göz qabağındadır: “Son illər Azərbaycanda dinamik, gözəl layihələrin həyata keçirilməsində prezident İlham Əliyevin rəhbərliyi altında Mehriban xanımın fəaliyyəti misilsizdir.  Bu fəaliyyət beynəlxalq aləmdə, dünya mətbuatında dərc olunur. İSESKO və YUNESKO-nun xoşməramlı səfiri seçilmək, Avropa ölkələrində müxtəlif layihələrin həyata keçirilməsi Mehriban xanımın və Prezidentin rəhbərliyi altında keçirilən bu Azərbaycan kitabələri canlıdır, onları gözümüzlə görürük.

Biz kitablarla gələcək nəsli məlumatlandırmaq istəyirik. Amma gələcək nəsil hər halda biləcək ki, bu boyda inkişaf, uğurlar Cənab Prezidentin və Mehriban xanımın hesabına olub. Bu gün İlham Əliyevə ən yaxından kömək edən bir nömrəli şəxs onun xanımı ölkənin birinci vitse-prezidentidir. Cəbhədə uğurlarımız, erməni faşizminin məhv olmağında Ali Baş Komandan, Zəfər Ordumuz və birinci vitse- prezident Mehriban xanımın fəaliyyəti danılmazdır”.