Mehriban və Leyla Əliyevalar məsciddə - Fotolar

mehriban-ve-leyla-eliyevalar-mescidde
Oxunma sayı: 3352

Zirə Cümə məscidi kompleksi istifadəyə verilib. Məscid kompleksi Aydın Qurbanov adına Fond tərəfindən, xeyriyyəçi Aydın Qurbanovun oğlu Səməd Qurbanovun təşəbbüsü ilə əsaslı təmir olunub.

“Qafqazinfo” Azərtac-a istinadən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva məsciddə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

Ümumi sahəsi 3 min 400 kvadratmetr olan məscid kompleksinin hündürlüyü 30 metr olan 2 möhtəşəm minarə bəzəyir. Burada eyni vaxtda 400 insan ibadət edə bilər. Bundan əlavə, ərazidə 250 nəfərlik mərasim zalı yaradılıb.

Heydər Əliyev Fondunun prezidentinə Qurani-Kərim hədiyyə olunub.