Mehrinin icma rəhbəri sərbəst buraxıldı

mehrinin-icma-rehberi-serbest-buraxildi
Oxunma sayı: 2022

Yerevan məhkəməsi Mehrinin həbs edilən icma rəhbəri Mxitar Zakaryanın sərbəst buraxılmasına qərar verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Zakaryan baş nazir Nikol Paşinyanın Zəngəzura səfəri zamanı etiraz aksiyalarının təşkilində ittiham olunurdu.

“Məhkəmə Zakaryanın həbsini yetərli şübhələr olmadığına görə əsassız sayıb. O, həbsdən azad olunub”, - deyə Zakaryanın vəkili Hayane Papoyan bildirib.

Qeyd edək ki, Mxitar Zakaryana qarşı “Dələduzluq” maddəsi üzrə cinayət işi açılmışdı.