Məhsa Əmininin ölümünün birinci ildönümündə saxlanılanların sayı açıqlandı

mehsa-emininin-olumunun-birinci-ildonumunde-saxlanilanlarin-sayi-aciqlandi
Oxunma sayı: 1482

İranda Məhsa Əmininin ölümünün birinci ildönümündə təhlükəsizlik qüvvələri nümayişlərin qarşısını almaq üçün 260-dan çox adamı saxlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İsfahanda 97, Kürdüstan vilayətində isə 16 nəfər saxlanılıb.

Həmçinin paytaxt Tehran və Sistan-Bəlucistan əyalətində neçə nəfərin saxlanıldığı ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, Məhsa Əmini 2022-ci ilin sentyabrında İranda əxlaq polisi tərəfindən zorakılığa məruz qalıb və bir neçə saatdan sonra xəstəxanada vəfat edib.