Məhşur aktyor Bakıda- - Fotolar

mehsur-aktyor-bakida-
Oxunma sayı: 2679


“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, yaradıcı heyətin qatıldığı tədbirdə filmin baş rol ifaçısı, türkiyəli aktyor Murad Yıldırım da iştirak edib. Sənətçi Bakını çox bəyəndiyini deyib:

“Dünəndən Bakıdayam. Parkları, işıqlandırmanı çox sevdim. Sabah da burdayam. Yaxşıca gəzəcəyəm. Artıq dolmanın, kababın, turşu plovun dadına baxmışam”.

Daha sonra M.Yıldırım jurnalistlərə film haqqında məlumat verib:

“Krımlı” sevgi filmidir, II Dünya müharibəsi illərində Almaniyada əsir düşən tatarların taleyindən bəhs edir. Filmdə iştirak edən digər aktyorlar serial çəkilişlərinə görə bura gələ bilmədilər”.

O, Gürcüstanda olarkən bir yaşlı qadının onunla türkcə danışdığını xatırlayıb:

“Həmin an çox təsirlənmişdim. Alman dilində heç bir şey bilmirəm, amma filmdə çox vaxt almanca danışmışam. Çəkilişlər 9 həftə davam etdi. Çox zövq aldım, bəlkə gələcəkdə rejissorluq da edərəm”.

Filmin prodüseri Ayfer Özgürer “Krımlı”nın festivallara qatılacağını vurğulayıb.

Qeyd edək ki, ekran işində Muradla yanaşı, Selma Ergeç, Baki Davrak kimi aktyorlar da rol alıb.