Məhşur azərbaycanlı idmançının ayağı sındı - Foto+Yenilənib

mehsur-azerbaycanli-idmancinin-ayagi-sindi-
Oxunma sayı: 4281

“Karatenin Maradonası” kimi tanınmış azərbaycanlı idmançı Rafael Ağayev bədbəxt hadisəylə qarşılaşıb.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, məşhur karateçinin ayağı sınıb.

“Bakı-2015” I Avropa Oyunlarında qızıl medal qazanan idmançı bu barədə "Facebook" səyfəsində xəbər verib. Dörd qat dünya, 12 qat Avropa çempionu Rafael Ağayev həmçinin sınmış ayağının şəkilini də sosial şəbəkədə paylaşıb.

75 kq çəki dərəcəsində rəqib tanımayan 31 yaşlı Rafaeli beynəlxal arenada karatenin Maradonası və “Pantera” ləqəbi ilə tanınır.

***

Tanınmış karateçi sağlamlığının qaydasında olduğunu qeyd edib:

"Hər şey yaxşıdır.Yüngül zədə ilə bağlı səhər dispanserə getmişdim.Sağlamlığımla bağlı hec bir problem yoxdur.İndi məşqdən gəlirəm.Hər şey qaydasındadır".