Xəbər verdiyimiz kimi, Türkiyənin “Trabzonspor” klubu Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda İsveçrə “Bazel”ini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, oyunda türkiyəli azarkeşlərin açdığı daha bir pankart diqqət çəkib.
Belə ki, azarkeşlərin bannerlərində bir it fotosu əks olunub.
Sonra məlum olub ki, Proteo adlı bu xilasedici it Meksikadan axtarış-xilasetmə qrupunun tərkibində gəlib. Kahramanmaraşda isə dağıntılar altında qalaraq ölüb.
Proteonun ən azı iki nəfəri xilas etdiyi bildirilir.


Son xəbərlər
Son Xəbərlər