Məkkə və Mədinədə komendant saatı elan edildi

Məkkə və Mədinədə komendant saatı elan edildi
Oxunma sayı: 2091

Yeni növ koronavirus pandemiyası ilə bağlı Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərində 24 saat ərzində komendant saatı elan edilib. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunub ki, cümə axşamından etibarən tətbiq olunan komendant saatında insanlara yalnız səhər saat 06:00-dan günorta 15:00-dək ərzaq və dərman almaq üçün küçəyə çıxmağa icazə veriləcək. Sakinlərə yaşadıqları evlərdən çıxmamaq bərədə xəbərdarlıq edilib. Sözügedən şəhərlərdə ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün kommersiya fəaliyyəti qadağan edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında indiyədək COVID-19 virusuna 1885 nəfər yoluxub, 21 nəfər isə həyatını itirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi