Meksika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

meksika-azerbaycanin-erazi-butovluyunu-destekleyir-
Oxunma sayı: 636

“Qafqazinfo” Azərtaca istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycanın Meksika ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu dedi. O, əlaqələrimizin inkişafı üçün əməkdaşlığımızı bütün istiqamətlərdə, o cümlədən parlamentlər səviyyəsində genişləndirməyin zəruriliyini qeyd etdi. Meksika senatı nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi baxımından önəmini vurğulayan dövlət başçısı bundan sonra bu cür qarşılıqlı səfərlərin bir ənənəyə çevriləcəyinə ümidvar olduğunu bildirdi.

Meksika senatının üzvü Karlos Ximenes Masias Meksika senatının müxtəlif siyasi partiya təmsilçilərindən ibarət nümayəndə heyəti ilə ölkəmizə səfər etdiklərini bildirdi. O, ölkəmizin sürətli inkişafı barədə məlumatlı olduqlarını dedi. Karlos Ximenes Masias bildirdi ki, Meksika parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir və bundan sonra da dəstəkləməkdə davam edəcək. Meksikalı qonaq ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə inkişaf etdirməkdə maraqlı olduğunu dedi. Karlos Ximenes Masias Azərbaycanın energetika sahəsində zəngin təcrübəyə malik olduğunu vurğulayaraq Meksikanın bu sahədə ölkəmizlə əməkdaşlıq etməsinin önəmini də qeyd etdi.