Meksika həbsxanalarında dava - 16 ölü, 5 yaralı

meksika-hebsxanalarinda-dava
Oxunma sayı: 1102

Meksikada iki həbsxanada məhkumlar arasında dava ölümlə nəticələnib.

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Sienequellas həbsxanasında baş verən hadisədə 16 nəfər dünyasını dəyişib. Zakatekas əyalətindəki həbsxanada baş verən davada isə 5 nəfər ağır yaralanıb.

2 saat yarım davam edən davada məhkumlar bir-birilərinə silahla atəş açıblar.

Hər iki insidentlə bağlı araşdırma aparılır.