Meksika millisinin baş məşqçisi istefa verdi

meksika-millisinin-bas-mesqcisi-istefa-verdi
Oxunma sayı: 1055

Qrup mərhələsini aşa bilməyən Meksika baş məşqçisini də itirdi. İran millisinin çalışdırıcısı Karluş Keyruş kimi, Xerardo Martino da yığma ilə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə oyun bitincə argentinalı mütəxəssis istefasını açıqlayıb.

Meksika Futbol Federasiyasının qərarını gözləmədən, elə mətbuat konfransındaca Martino gedişini elan edib: “Müqaviləm hakimin final fitini səsləndirdiyi an bitdi”.