Meksika prezidenti Trampla görüşdən imtina etdi

meksika-prezidenti-trampla-gorusden-imtina-etdi
Oxunma sayı: 1542

Meksika prezidenti Enrike Penya Nyeto amerikalı həmkarı Donald Trampla görüşdən imtina edib.

Qafqazinfo”nun məlumatına görə, bu barədə Nyeto Tvitter səhifəsində yazıb.

“Biz artıq Ağ Evə çərşənbə günü üçün planlaşdırılan işgüzar görüşdə iştirak etməyəcəyimizə dair bildiriş göndərmişik”, -deyə o, söyləyib.

Qeyd edək ki, Donald Tramp Meksikadan ABŞ-a miqrantların girişinin qarşısının almaq üçün bu ölkə ilə sərhəddə divar tikdirir.