Meksika sahillərində 6 bal gücündə zəlzələ

meksika-sahillerinde-6-bal-gucunde-zelzele
Oxunma sayı: 721

Meksikanın cənub-qərb sahillərində 6 bal gücündə zəlzələ baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Puerto-Valyarta şəhərindən (Halisko ştatı) 286,9 kilkometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.