Meksikada 6 bara eyni anda hücum olub, ölənlər var

meksikada-6-bara-eyni-anda-hucum-olub-olenler-var
Oxunma sayı: 704

Meksikada barlara silahlı hücum təşkil edilib, 15 nəfər öldürülüb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Nuevo-Leon ştatının Monterrey şəhərində silahlı şəxslər barlara hücum ediblər. Yerli prokurorluğun yaydığı məlumata görə, hücum eyni vaxtda 6 bara olub. 

Bildirilir ki, qeyd edilən ərazidəki məkanlara “Şimal-Şərq” karteli nəzarət edib, hücumu isə rəqib “Körfəz” karteli həyata keçirib. Hər iki dəstə ABŞ-a narkotik daşınmasına nəzarət uğrunda bir-biri ilə mübarizə aparır.

Aysel Kərimova