Meksikada 7,1 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Meksikanın Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin gücünü 7,3, ABŞ Geoloji Xidmət Mərkəzi isə 7,7 qeyd edib.
Təkanlar Oahako ştatında Krusesita şəhərindən 131 kilometr məsafədə 12 kilometr dərinlikdə baş verib. Zəlzələ paytaxt Mexikoda da hiss olunub.
***
Zəlzələ nəticəsində iki nəfər dünyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər