Meksikada ağır qəza - 20 ölü, 18 yaralı

meksikada-agir-qeza
Oxunma sayı: 824

Meksikada ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, Verakrus ştatında baş vermiş qəzada azı 20 nəfər ölüb, 18 nəfər yaralanıb.

Hadisəyə yük maşınının avtobusla toqquşması səbəb olub. Sərnişin avtobusu zərbənin gücündən aşıb və alışmağa başlayıb. Hadisənin detalları öyrənilir.