Meksikanın Oaxaca əyalətində təhsil islahatına etiraz edən müəllimlər və polis arasında qarşıdurma yaşanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Meksikada artıq bir neçə gündür əyalət miqyasında etirazlar davam edir. Məlumata görə, etiraz aksiyalarında Müəllim Həmkarlar İttifaqının üzvləri və polis arasında toqquşma yaranıb. Nəticədə 6 nəfər aksiyaçı dünyasını dəyişib, 53-ü mülki vətəndaş olmaqla, 108 nəfər isə yaralanıb.
Son xəbərlər
Son Xəbərlər