Meksikanın ABŞ-la sərhəddə yerləşən Sonora ştatının iki şəhərində atışma olub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə azı 9 nəfər öldürülüb. Aqua-Prieta şəhərində 5, Nako şəhərində isə 4 nəfər atışmanın qurbanı olub. Hadisənin səbəbləri araşdırılır.
Polis insidentin baş verdiyi yerdə tərk edilmiş avtomobil, silah və bronjilet tapıb.
Son xəbərlər
Son Xəbərlər