Meksikanın Tlaskala ştatında mikroavtobus qəzaya uğrayıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, qəza Tlaskala və San-Martin-Teksmelukan şəhərləri arasındakı magistralda baş verib. Hadisə nəticəsində 7 nəfər ölüb, daha 11 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, yüksək sürətlə hərəkət edən avtobus yoldan çıxaraq aşıb.
Son xəbərlər
Son Xəbərlər