Meksikada barda ölənlərin sayı artdı - Video

meksikada-barda-olenlerin-sayi-artdi
Oxunma sayı: 1502

Meksikada "White horse" adlı bara silah və molotof kokteyli ilə hücum nəticəsində ölənlərin sayı 29-a çatıb. "Qafqazinfo"nun məlumatına görə, bu barədə "Milenio" nəşri xəbər verib. 

Sağ qalan 8 nəfərin vəziyyəti ağırdır - onların bədənlərinin 90%-dək hissəsi yanıb. 

Prokurorluq insidentin təfərrüatlarını aydınlaşdırır. İlkin ehtimala görə, hücuma səbəb narkotika mafiyaları arasında olan münaqişədir.