Meksikada benzin böhranı paytaxta çatdı - Ən iri neft istehsalçısıdır...

meksikada-benzin-bohrani-paytaxta-catdi
Oxunma sayı: 950

Meksikada bir neçə gündür müşahidə olunan benzin böhranı artıq paytaxta qədər çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Mexikoda ötən gündən bəri yanacaqdoldurma məntəqələrində növbələr yaranıb, bəzilərində isə yanacaq yoxluğu yaşanır. 

Dövlət neft şirkəti olan “Remex” isə bəyan edib ki, paytaxt və ona aid rayonlarda benzin ehtiyatı ilə bağlı böhran yoxdur. Şirkət bəyanatında əhalini təşvişə düşərək yanacaq növbələrinə dayanmamağa və yanacaq defisiti ilə bağlı təxribatlara uymamağa səsləyib. 

Qeyd edək ki, dünyanın ən iri neft istehsalçılarından olan Meksikada ilin əvvəlindən bəri benzin böhranı yaşanır. Ölkə başçısı Andres Manuel Lopes defisitin mövcudluğunu etiraf etməkdən imtina edib. O, sadəcə olaraq boru kəmərlərindən oğurluq hallarının qarşısını almaq üçün yanacaq çatdırılması ilə bağlı sistemin dəyişdirildiyini deyib.