Meksikada güclü zəlzələ oldu

meksikada-guclu-zelzele-oldu
Oxunma sayı: 2344

Meksikanın qərbində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri 137 minə yaxın insanın yaşadığı Kolima şəhərindən 88 km cənub-şərqdə yerləşib. 

Tələfat və dağıntılar barədə məlumat yoxdur.