Meksikada iki yük qatarı toqquşdu

meksikada-iki-yuk-qatari-toqqusdu
Oxunma sayı: 880

Meksikada iki yük qatarı toqquşub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Zakatekas əyalətində baş verən hadisə nəticəsində 6 dəmiryol əməkdaşı yaralanıb.

Qəza nəticəsində qarğıdalı daşıyan 10 vaqon relsdən çıxıb. Bunlardan ikisi yaxınlıqdakı evə çırpılıb.

Qeyd edək ki, bu, əyalətdə 24 saatda baş verən ikinci qatar qəzasıdır. Bundan öncə 14 vaqonlu qatar nasazlıq səbəbiylə relsdən çıxmışdı.