Meksikada koronavirusdan ölənlərin sayı 50 mini ötdü

meksikada-koronavirusdan-olenlerin-sayi-50-mini-otdu
Oxunma sayı: 838

Meksikada son sutka ərzində koronavirusa yoluxanların sayı 6 717 nəfər artaraq 469 407-ə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, son 24 saat ərzində 794 nəfər vəfat edib. Beləliklə, koronavirus qurbanlarının sayı 51 311-ə çatıb.

Meksikanın tibb müəssisələrində 104 710 nəfərin müalicəsi davam etdirilir.