Meksikada koronavirusla bağlı vəziyyətdə rekord

meksikada-koronavirusla-bagli-veziyyetde-rekord
Oxunma sayı: 1473

Meksikada son sutka ərzində koronavirusa yoluxanların sayı 2 409 nəfər artaraq 42 595-ə yüksəlib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu, ölkədə rekord göstərici olub.

Bundan əlavə, son 24 saat ərzində 257 nəfər vəfat edib. Beləliklə, koronavirus qurbanlarının sayı 4 477-yə çatıb.

Meksikanın tibb müəssisələrində 9 463 nəfərin müalicəsi davam etdirilir, onlardan 378-nin vəziyyəti ağır qitmətləndirilir. 28 475 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.