Meksikada maşında 9 meyit tapılıb

meksikada-masinda-9-meyit-tapilib
Oxunma sayı: 1882

Meksikanın cənub-qərbində yerləşən Tistla-de-Herrero şəhəri yaxınlığında  yük avtomobilinin içərisində 9 nəfərin meyiti aşkarlanıb.

“Qafqazinfo”nun “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Baş Prokurorluğunun məlumatında bildirilir.

Öldürülən şəxslərin mayın 1-də itkin düşdükləri, onların qadağan olunmuş malların alveri ilə məşğul olduğu bildirilir.

Qətlə yetirilən şəxslər arasında avtomobilin sahibi də var.

Prokurorluq faktla bağlı araşdırmaları davam etdirir.