Meksikada metro faciəsində ölənlərin sayı artdı

meksikada-metro-faciesinde-olenlerin-sayi-artdi
Oxunma sayı: 1222

Mayın 3-də Meksikanın paytaxtı Mexiko şəhərində metro körpüsünün qatar keçdiyi zaman çökməsi nəticəsində ölənlərin sayı 26-ya yüksəlib.

“Qafqazinfo” Meksika KİV-nə istinadən xəbər verir ki, yaralı 33 nəfər xəstəxanalarda müalicə olunur, 53 nəfər isə sağalaraq evə buraxılıb.

Xatırladaq ki, ölkədə metro faciəsi ilə əlaqədar 3 günlük matəm elan olunmuşdu.